Topaz qeydiyyatdan keçmək

ETopaz saytında qeydiyyatdan keçmək olduqca sadə və sürətli bir prosesdir. Siz sayta daxil olaraq lazımi məlumatları əlavə edə, öz hesabınızı yarada və mərc etməyə başlaya bilərsiniz. ETopaz saytının unikal interfeysi ondan istifadə etməyi istənilən şəxs üçün əlverişli edir.

ETopaz necə qeydiyyatdan keçmək olar

ETopaz bukmeyker kontorunda qeydiyyat keçmək üçün siz sadəcə ETopaz saytına daxil olursunuz, «Qeydiyyat» düyməsinə vurursunuz və özünüz haqqında qısa anketi doldurursunuz. Bu anket üç hissədən ibarətdir:

Unutmamalısınız ki, mərclərdə yalnız yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşları, yəni 18 yaşından böyük şəxslər oynaya bilərlər. ETopazda elektron qeydiyyatı bitirdikdən sonra mərc etməyə başlamaqdan sizi bir addım ayırır – qeydiyyat keçməyinizin təsdiqlənməsi.

Qeydiyyatdan keçdiyinizi necə təsdiqləmək lazımdır?

Topaz bukmeyker kontorunda qeydiyyat keçdiyinizi təsdiqləmək üçün qeydiyyat zamanı doldurduğunuz anketdə qeyd etdiyiniz elektron poçt ünvanına gələn məktubdakı «Hesabı Aktivləşdir» linkinə daxil olmalısınız. Bu linkə keçdikdə siz öz elektron poçt ünvanınızı təsdiqləyərsiniz və bununla qeydiyyat prosesini başa çatdırırsınız.

Eyni zamanda, Topazda qeydiyyatı yekunlaşdırıb hesabınızı aktivləşdirdikdən sonra sizin məxfliyinizin və pul vəsaitlərinizin qorunması üçün şəxsi məlumatlarınızın yoxlanması prosesi aparılır. Bunun üçün, ETopaz saytında öz hesabınızdan «Sənəd Yüklə» bölməsinə daxil olursunuz və aşağıdakı sənədlərin nüsxələrini yükləyirsiniz:

Əgər siz hesabınıza daxil olarkən və ya sənədləri təsdiqləyərkən problem yaranarsa yaxud hər hansı sualınız ortaya çıxarsa, ETopaz saytının 24 saat ərzində fəaliyyət göstərən peşəkar müştəri xidmətinə müraciət edə və axtardığınız cavabları dərhal tapa bilərsiniz. Sadəcə mövzu hissədən sizə lazım olanı seçin və suallarınızı operatorlara yönləndirin.

Topaz bukmeyker kontorunda seçimlər

Qeydiyyat prosesini tamamladıqdan sonra ETopaz vasitəsilə siz 30-dan artıq idman növündə (futbol, basketbol, tennis, boks, bilyard və s.), eləcə də Dota-2, League of Legends, Counter-Strike kimi onlayn oyunlarda mərc edə bilərsiniz. Turnirlərin seçimi olduqca rəngarəngdir və populyar olmayan liqaları da əhatə edir. Bununla yanaşı, saytda növbəti idman hadisələrinin rahat təqvimi və matçların idman statistikası vardır.

Ən yaxşı futbol hadisələrində 800 variantda mərc etmək imkanı verilir. Buraya oyunun nəticələri, qolların sayı, hansı komandanın daha əvvəl qol vuracağı, ən çox qolun vurulduğu hissə, bütün matç, eləcə də hər hissə üçün dəqiq proqnozlar daxildir. Birləşdirilmiş mərclərin fərqli variantları vardır. Oyuna qədər mərclər üzrə orta marj 5% təşkil edir.

Topaz saytından idman mərcləri ilə yanaşı, rəqəmsal və ani lotereya biletləri haqqında da məlumat əldə etmək mümkündür. Rəqəmsal lotereya biletlərinə 5/36, 6/40 və Klassik loto, ani lotereya biletlərinə Şeş Qoşa, 777, Super 5+ və Futbol 4 daxildir.

ETopaz bukmeyker kontorunda qeydiyyat üçün yalnız bir neçə dəqiqə kifayət edir. Bu prosesi bitirdikdən sonra siz hesabınızı artıraraq müxtəlif idman növlərində və virtual oyunlarda mərc etməyə başlaya bilərsiniz. Qeydiyyatdan keçin və çoxsaylı uduşların təklif edildiyi mərclər dünyasına daxil olun.